Messi FİFA-ya izahat verməkdən imtina etdi

Messi FİFA-ya izahat verməkdən imtina etdi
19:27 4 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Argentina millisi və "Barselona"nın hücumçusu Lionel Messi 2018 DÇ seçmə mərhələsində Çili ilə keçirilən oyunda (1:0) etdiyi hərəkətə görə FİFA-ya izahat verməkdən imtina edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçunun videokonfrans vasitəsilə FİFA nümayəndələri ilə əlaqə yaradacağı gözlənilsə də, bu baş tutmayıb. Messinin cəzanı azaltmaq üçün fərqli yol tutacağı deyilir. Qeyd edək ki, Çili ilə oyunda braziliyalı hakimi təhqir etməsi ittihamı ilə o, 4 oyunluq diskvalifikasiya almışdı. Bundan sonra açıqlama verən Messi heç kimi təhqir etmədiyini, sözünü havaya dediyini bildirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR