Norveç - Azərbaycan oyununun harada keçiriləcəyi müəyyənləşdi

Norveç millisi ilə oyunun stadionu müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Norveç yığması ilə keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.

Norveç – Azərbaycan qarşılaşması sentyabrın 1-də Oslo şəhərindəki "Ullevaal" stadionunda keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR