Rusiyada mühafizəçinin öldürülmə anının görüntüsü - 18+ VİDEO

Rusiyada mühafizəçinin öldürülmə anının görüntüsü - 18+ VİDEO
19:37 4 May 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Severodvinsk şəhərində yataqxananın mühafizəçisinin öldürülmə anının video görüntüsü yayılıb.

Milli.Az salamnews-a istinadən xəbər verir ki, kadrlarda kişinin mühafizəçiyə yaxınlaşdığı və onlar arasında mübahisə yarandığı görünür.

Bundan sonra cinayətkar mühafizəçiyə güclü zərbə endirir. İşçi yerə yıxılır və başı divara dəyir. Bundan sonra cinayətkar yerdə huşsuz vəziyyətdə uzanan şəxsə ayaq zərbələri endirərək onu öldürür. Cinayətkar ölmüş şəxsin ciblərini axtardıqdan sonra hadisə yerindən qaçır.

Qatil saxlanılıb. Onun 45 yaşlı yerli sakin olduğu bildirilir. O, hadisə baş verən gün sərxoş vəziyyətdə olub. Münaqişəyə səbəb yataqxana işçisinin onu məzəmmət etməsi olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Rusiyada mühafizəçinin öldürülmə anının görüntüsü yayılıb - 18+


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/541636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR