Aqil Acalov: İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi idman aləmində əlamətdar hadisədir

Aqil Acalov: İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi idman aləmində əlamətdar hadisədir
19:50 4 May 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan İslam dünyasında ən stabil, tolerant və inkişaf etmiş ölkələrdən biri sayılır.

Bunu Trend-ə Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov 2017 İslam Həmrəyliyi Oyunları ilə bağlı bildirib.

A.Acalovun sözlərinə görə, bu gün Azərbaycan stabil inkişafı ilə seçilir: "İslam Həmrəyliyi Oyunları nəinki Azərbaycan və Avropa idman aləmində, eləcə də bütün Türk dünyasında əlamətdar hadisə sayılır. Azərbaycanın bir türkdilli ölkə olaraq kifayət qədər zəhmət tələb edən, məsuliyyətli vəzifənin öhdəsindən gəlməyi çox sevindirici haldır. Bundan yalnız qürur duyuruq".

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları 12-22 mayda Bakıda keçiriləcək.

Ümumilikdə 57 islam ölkəsi 3500 idmançı ilə oyunlarda iştirak edəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2750252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR