İran Bakıya güclü taekvando komandasını göndərir

İran Bakıya güclü taekvando komandasını göndərir
19:57 4 May 2017
26 İdman
Ölkə mətbuatı
A- A+

Taekvandoçulardan ibarət səkkiz güclü komanda bu ay Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında İranı təmsil edəcək.

Milli.Az oyunların saytına istinadən xəbər verir ki, İranın Taekvando Federasiyası Oyunların dörd buraxılışı üçün taekvandoçuları seçib. Fariborz Əsgəri komandanın baş məşqçisi olacaq.

Mehdi Eşaqi 2014-cü ildə Nankin şəhərində gənclər arasında Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, 54 kq çəkidə kişilər arasında keçirilən yarışlarda iştirak edəcək.

Keçən il Türkiyə və Ukraynada 78 kq çəkidə yarışan Əhməd Mohammədə İran komandasının yüksək profilli idmançılarının arasında yer alacaq. Sadiq Dehqani və Mehdi Yusifi də komandada iştirak edərək 58 və 63 kq çəkilərdə mübarizə aparacaq. Onlar 68 kq çəkidə Deyid Hüseyn Ehsani, 74 kq çəkidə Seyid Əhməd Xosrofar və 80 kq çəkidə Alirza Dərvişlə bir komandada yer alacaqlar. Hüseyn Qorbanzadə 87 kq çəkidə mübarizə aparacaq.

İran 300 nəfərdən artıq komandanı Oyunlara göndərəcək və onlar 20 idman növündə mübarizə aparacaqlar.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları 12-22 mayda Bakıda keçiriləcək. Taekvando üzrə yarışlar 16-18 may tarixlərində baş tutucaq.

Ümumilikdə 57 islam ölkəsi 3500 idmançı ilə oyunlarda iştirak edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR