8 ölkənin ekspertləri Trampı ağıllandıracaq - BÖHRAN QRUPU

8 ölkənin ekspertləri Trampı ağıllandıracaq - BÖHRAN QRUPU
20:13 4 May 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Nüvə təhlükəsizliyi üzrə beynəlxalq ekspertlər qrupu, həmçinin hərbçilər və diplomatlar bu həftə ən azı səkkiz ölkədən “təhlükəsizlik şurası”nı çağırmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu haqda “Politico” nəşri yazıb.

Məqsəd dünya liderləri, ilk növbədə ABŞ prezidenti Donald Trampa nüvə qarşıdurmasından qaçmaq yolları barədə danışmaqdır.

Nəşrin məlumatına görə, nüvə təhlükəsizliyi üzrə yeni böhran qrupunun tərkibinə ABŞ, Rusiya, Çin, Hindistan və Pakistandan hərbçilər və ekspertlər, həmçinin bir sıra ölkələrdən diplomatlar daxil olacaq. Amerika diplomatı Riçard Bert böhran qrupuna başçılıq edəcək. O, 1991-ci ildə SSRİ ilə strateji hücum silahlarının ixtisarı haqqında müqavilənin (SNV-1) imzalanması zamanı ABŞ tərəfdən aparıcı elçi idi. Onun sözlərinə görə, ABŞ və Rusiya arasındakı pis münasibətlər, Koreya Xalq Demokratik Respublikası və Çinin nüvə proqramlarının inkişafı, həmçinin Hindistan və Pakistanın qızğın silahlanması nüvə münaqişəsi təhlükəsinin əsas amilləridir.

Nəşr qeyd edir ki, yeni qrupun səyləri “soyuq müharibə” dövründə “ikinci trek” diplomatiyasına oxşar olacaq. Həmin vaxt böyük təsirə malik olan qeyri-dövlət şəxsləri münaqişələrin qeyri-rəsmi həlli üzərində işləyirdilər.

Gözlənilir ki, nüvə təhlükəsizliyi üzrə böhran qrupunun yaradılması mayın 5-də Avstriyanın paytaxtı Vyanada elan ediləcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR