"Sumqayıt" klubu "Neftçi"dən ayrılan futbolçu ilə müqavilə bağlayıb

"Sumqayıt" klubu "Neftçi"dən ayrılan futbolçu ilə müqavilə bağlayıb
20:17 4 May 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sumqayıt" klubu gün ərzində ikinci futbolçu transferini həyata keçirib. 
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi"dən ayrılan Cavid İmamverdiyevlə müqavilə imzalanıb. 26 yaşlı yarımmüdafiəçi 1 illik anlaşmaya imza atıb. 
Daha əvvəl "Sumqayıt" "Kəpəz"in kapitanı Tural Axundovu heyətinə qatıb. 
Qeyd edək ki, Cavid İmamverdiyev "Neftçi"dən başqa, "Karvan" və "Elazığspor"un da şərəfini qoruyub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sumqayit-klubu-neftci-den-ayrilan-futbolcu-ile-muqavile-baglayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR