Bakı Metropolitenində YENİLİK -

“N.Nərimanov” elektrik deposunda Bakı Metropoliteni üçün ən mühüm yeniliklərdən birinə çevriləcək qatarların əsaslı təmiri sexinin inşası davam etdirilir.

“Bakı Metropoliteni” QSC-dən Metbuat.az-a verilən məlumata görə, sexin binasının inşaatı tamamlanmaq üzrədir.

Qeyd edilir ki, yeni sex üç sahədən ibarət olacaq. Qaldırma təmiri funksiyalı ümumi sexdə vaqonların sökülməsi-quraşdırılması, qaynaq və dəmirçi işləri yerinə yetiriləcək. Digər sahələrdə vaqonların antikorroziya tədbirləri görülmək üçün qumla təmizlənməsi və emalı, rənglənməsi prosesi ən müasir texniki tələblər səviyyəsində qurulacaq. Bu işlərin hamısı Bakı metropoliteninin özünəməxsusluqları nəzərə alınmaqla tətbiq ediləcək.

Ən əsası, qatarların əsaslı təmiri sexi vaqonlarda modernləşdirilmə tədbirlərini həyata keçirməyə və onları ən müasir standartlar səviyyəsinə çatdırmağa imkan verəcək. Bununla da, qatarların əsaslı təmiri səhəsi ən müasir tələblərə cavab verməklə, metropoliten tarixində irimiqyaslı yenilik olacaq.

Bununla da qatarların ölkə xaricində təmirinə çəkilən xərclərə külli miqdarda qənaət ediləcək.

Yeni sex eyni zamjanda iş yerlərinin yaradılmasını, səriştəli kadrların hazırlanmasını sürətləndirəcək. Bu sex inşa olunacaq yeni əsaslı təmir depoları üçün kadr hazırlığına təkan olacaq, həmçinin vaqon təmiri və istehsalı sahəsində elmi potensial üçün stimul verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR