"Türk axını" ilə bağlı "Qazprom"dan QƏRAR

"Türk axını" ilə bağlı "Qazprom"dan QƏRAR
20:52 4 May 2017
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Qazprom" şirkəti "Türk axını"nın tikintisi üçün işləri yekunlaşdırıb və yaxın günlərdə inşaata başlaya bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin rəhbəri Aleksey Miller Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

A.Miller V.Putinə bir neçə günə "Türk axını"nın dənizdən keçən hissəsində tikinti işlərinə başlaya biləcəklərini deyib.

Rusiya Prezidenti isə öz növbəsində bildirib ki, bu məsələni türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə də müzakirə ediblər: "Türk ortaqlarımızın da bu məsələdə bizi dəstəkləyəcəklərindən əminəm. İşə başlamaq lazımdır".

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/541768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR