Helikopter qəzaya uğradı - Ölənlər var

Helikopter qəzaya uğradı - Ölənlər var
21:08 4 May 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Başqırdıstanda helikopterin qəzaya uğraması nəticəsində üç nəfər ölüb.

Publika.az xəbər verir ki, ölənlərdən biri “Layt Eyr” şirkətinə məxsus helikopterin pilotudur, digər iki nəfərin şəxsiyyəti müəyyənləşdirilir.

Qəza Başqırdıstanın Beloretsk rayonunda meşə yanğınları ilə bağlı vəziyyətin monitorinqi zamanı baş verib.

Qəzanın səbəbi kimi 4 versiya nəzərdən keçirilir: texniki nasazlıq, pilotun səhvi, keyfiyyətsiz yanacaq və hava şəraiti.

Qəza baş verən an ərazidə duman müşahidə olunub. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR