Qanaxmanı 10 saniyədə dayandıran üsul

Qanaxmanı 10 saniyədə dayandıran üsul
21:12 4 May 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Ümumiyyətlə mətbəxdə yemək hazırlayarkən kiçik qəzalar meydana gələ bilər. Bu qəzalar nəticəsində yaranan qanaxmanı əlinizin altında olan ədviyyatla dayandıra bilərsiniz. Hər hansı bir tərəfimiz kəsildiyində, ilk olaraq həmin sahəni sıxırıq ki, qanı dayandıraq. Ancaq bu üsulun əvəzinə, evinizdə çox təbii və sadə bir üsulla qanaxmanı 10 saniyədə dayandıra bilərsiniz:

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ilk olaraq qanama olan açıq yaranızı təmiz bir parçanın köməyi ilə təmizləyin. Daha sonra üzərinə toz halında olan bibəri tökün. Bibər tozunu bol miqdarda yaralı bölgəyə tətbiq edin və 10 və ya 12 saniyə ərzində qanamanın azaldığını hiss edəcəksiniz.
 
Eyni zamanda toz bibər antibakterial xüsusiyyəti daşıdığına görə, yaranı mikroblardan qoruyur.
 
Bibərə acılığını verən kapsaisin maddəsi Britanyada edilən bir araşdırmaya görə, ağrını da azaldır. Kapsaisin bunu, beynə ağrı siqnalını göndərən bir peptid hormonun ifraz olunmasını azaldaraq edir.
 
Qeyd: Bu metodu tətbiq etməzdən əvvəl allergik bir vəziyyət meydana gəlməsinə qarşı bir mütəxəssislə məsləhətləşməyinizi tövsiyə edirik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR