Namazda hüzuri-qəlb nə deməkdir?

Namazda hüzuri-qəlb nə deməkdir?
21:17 4 May 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Namazın ədəblərindən biri də bütün diqqəti namaza yönəltmək və kənar düşüncələrdən uzaq olmaqdır. Buna dini mənbələrdə "hüzuri-qəlb", yəni qəlbin namazda hazır olması, qəlbin namazda iştirak etməsi deyirlər. İmam Əli (ə) bu barədə buyurmuşdur: "Sizlərdən heç kim yorğun və yuxulu halda namaz qılmasın, özü barədə düşünməsin, çünki o, izzət və cəlal sahibi olan Rəbbinin hüzurundadır. Bəndənin namazından yalnız qəlbi ilə (hüzuri-qəlb ilə) qıldığı hissə qəbula yetər" (Bihar əl-ənvar, 84-cü cild, səh. 239).

Milli.Az islam.az-a istinadən bildirir ki, İmam Cəfər Sadiq (ə) hüzuri-qəlbə nail olmağın yolu barədə belə buyurmuşdur: "Qibləyə sarı durduğun zaman dünyanı və onun içindəkiləri, məxluqları (insanları) və onların içindəkiləri (insanların söz və düşüncələrini) unut. Səni Allahla bağlılıqdan ayırıb özünə məşğul edən hər şeydən qəlbini təmizlə. Batini gözünlə Allahın əzəmətini duy, hər kəsin qabaqcadan göndərdiyi ilə (yəni öz əməlləri ilə) qarşılaşacağı gün Onun qarşısında durduğunu xatırla..." (Müstədrək əl-Vəsail, 4-cü cild, səh. 95-96).

Hüzuri-qəlbin mənası, ona nail olmağın yolları və buna mane olan amillər barədə əxlaq və irfan kitablarında ətraflı məlumatlar verilmişdir. Xüsusilə, bu mövzuda Mirzə Cavad Məliki Təbrizinin "Əsrar əl-səlah" ("Namazın sirləri") kitabını oxumağı tövsiyə edirik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR