Pentaqon: “Rusiyanın bu bölgədə təcavüzkarlığı daimidir”

Pentaqon: “Rusiyanın bu bölgədə təcavüzkarlığı daimidir”
21:23 4 May 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Şərqi Avropada Rusiyanın hərəkətləri təcavüzkar və daimi xarakter daşıyır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) xüsusi təyinatlı qüvvələr komandanlığının rəhbəri general Raymond Tomas Senatda keçirilən dinləmələrdə bildirib.

Senatın silahlı qüvvələr üzrə komitəsinin başçısı Con Makkeyn generaldan Şərqi Avropada Rusiyanın fitnəkar hərəkətlərinin intensivliyini soruşub.

“Rusiyanın təcavüzkar hərəkətləri daimi xarakteri daşıyır”, - Tomas cavab verib.

Senatda dünən keçirilən dinləmələrdə isə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komi bildirib ki, Rusiya ABŞ və başqa ölkələrdə siyasi proseslərə qarışmağa davam edir. Onun sözlərinə görə, Moskva Birləşmiş Ştatlar üçün ən böyük təhlükə olaraq qalır.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR