Yaşıl çay hansı xəstəliklərdən qoruyur?

Yaşıl çay hansı xəstəliklərdən qoruyur?
22:12 4 May 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

C vitamini mənbəyi olan yaşıl çay, E vitamini baxımından da çox zəngin bir bitkidir və tərkibinə polifenollar daxildir. Bundan əlavə, manqan, xrom, selenium və sink baxımından da olduqca zəngindir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  siçanlar üzərində aparılan araşdırmalarda yaşıl çayın öyrənməyi sürətləndirdiyi və xatırlamağı artırdığı müəyyən edilmişdir.
 
Siçanlarda aparılan digər araşdırmada təzyiqi yüksək olanların təzyiqində azalmanın təmin edildiyi, normal təzyiqdəki insanlarda isə, hər hansı bir dəyişikliyin olmadığı müəyyən edilib. Kafeinin təzyiq yüksəldici təsirinin​ azalması müşahidə olunmuşdur.
 
Yaşıl çay həmçinin ürək-damar xəstəliklərinə tutulma riskini azaldır.
 
Bundan əlavə, yaşıl çay içənlərdə ümumi xolesterol nisbəti yaşıl çay içməyənlərə görə təqribən 11% aşağı enmişdir.
 
Antioksidant təsirinə görə, kolon, sinə, kiçik hüceyrəli ağciyər xərçəngi kimi xərçənglərə qarşı qoruyucu təsir göstərir.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR