Trampdan inqilabi fərman:

Donald Tramp dini azadlıqlar barədə fərman imzalayıb.

Metbuat.az-ın məlumatına görə, yeni fərman dini qurumlara, din xadimlərinə siyasətçiləri dəstəkləməyə, siyasətlə bağlı digər işlərlə məşğul olmağa şərait yaradır.

ABŞ prezidenti Ağ Evdəki çıxışı zamanı hakimiyyəti dövründə dini məkanlarda söz azadlığının bərpa ediləcəyini bildirib:

"Siyasi çıxışlara görə dini qurumlar bir daha izlənilməyəcək. Mənim hakimiyyətim dövründə söz azadlığı dini obyektlərdən yan keçməyəcək. ABŞ heç vaxt dini diskriminasiya ilə məşğul olmayacaq".

Qeyd edək ki, ABŞ-da bu günə kimi din xadimlərinə siyasətlə bağlı fikir bildirmək haqqı tanınmırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR