Körpənin saçlarını nə zaman qırxmaq olar?

Körpənin saçlarını nə zaman qırxmaq olar?
22:17 4 May 2017
548 Ölkə
Ölkə mətbuatı
A- A+

İslam qayda-qanunlarına görə, uşağın doğulduğu ilk həftədə yerinə yetirilməsi müstəhəb (bəyənilən) olan bəzi əməllər vardır. Milli.Az islam.az-a istinadən bildirir ki, məsələn, uşağın qulağına azan və iqamə oxumaq, ad qoymaq, adına qurban (əqiqə) kəsmək, oğlan uşağını sünnət etmək və s. Bu bəyənilən əməllərdən biri də körpənin saçının qırxılmasıdır. Körpənin saçını yeddi günlüyündə ehtiyatla qırxmaq müstəhəbdir. Ənənəyə görə, qırxılan saç tərəzidə çəkilir, onun çəkisi qədər qızıl ya gümüş fəqirlərə sədəqə verilir. Bir daha təkrar edirik ki, bu, vacib yox, müstəhəb əməldir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR