Narkotik alveri ilə məşğul olan qadın tutuldu

Narkotik alveri ilə məşğul olan qadın tutuldu
22:34 4 May 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

 Şirvan şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini saxlanılıb.

 

“Report” xəbər verir ki, daxil olmuş məlumat əsasında Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.

 

Əməliyyat zamanı Şirvan şəhər sakini Ağami Seyidrza Seyidsadıq oğlu və onunla əlbir olan Mehriban Mehman qızı Səmədova şübhəli şəxs qismində saxlanılıb. Qadının evinə baxış keçirilən zaman onun yaşadığı mənzildən ümumi çəkisi 25 qrama yaxın narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

 

Faktla bağlı Şirvan şəhər Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR