Tramp ilk səfər edəcəyi ölkələrin adlarını

ABŞ prezidenti Donald Trampın ölkə başçısı qismində ilk səfərini hansı ölkələrə edəcəyi məlum olub.

Metbuat.az xəbər verir ki, Tramp ilk olaraq may ayının sonunda Səudiyyə Ərəbistanı, İsrail və Vatikana səfər edəcək. ABŞ prezidenti media nümayəndələrinə verdiyi açıqlamada məlumatı təsdiqləyib:

"ABŞ prezidenti kimi ilk səfərimdə Səudiyyə Ərəbistanına, İsrailə və Vatikana gedəcəyəm".

Səfər mayın 25-i Brüsseldə keçiriləcək NATO sammiti və Taorminanın (İtaliya) ev sahibliyi edəcəyi G-7 sammitindən əvvəl baş tutacaq.

Donald Tramp müsəlman ölkələri ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu xüsusi vurğulayıb:

"Səudiyyə Ərəbistanında müsəlman ölkələrinin liderləri ilə möhtəşəm görüşümüz keçiriləcək. Bu ölkədə İslamın iki müqəddəs şəhəri yerləşir. Müsəlman müttəfiqlərimizlə terrorizm və şiddətə qarşı əməkdaşlığı daha da genişləndirmək fikrindəyik.

Heç bir halda insanlara dininə, inancına görə ayrıseçkilik etmirik. ABŞ tolerantlıq üzrə digər ölkələrə nümunədir. ABŞ-dakı bütün dini qurumları məmnun etməyə çalışırıq".

Qeyd edək ki, 3 mayda Trampla Fələstin dövlətinin başçısı Mahmud Abbasın Ağ evdə görüşü keçirilib. Görüş əsnasında Tramp Mahmud Abbasın səfər dəvətini qəbul edib. Lakin səfərin detalları hələlik açıqlanmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR