Mariya Zaxarovanın qızını it dişlədi - FOTO

Mariya Zaxarovanın qızını it dişlədi - FOTO
23:05 4 May 2017
Ölkə mətbuatı
A- A+

Rusiya XİN-nin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarovanın qızı Marianını it dişləyib.

Milli.Az bildirir ki, köpək Sevastopolun Primorski bulvarında 7 yaşlı Mariannaya hücum çəkib.

M. Zaxarovanın qızı 5 saylı xəstəxanaya aparılıb. Lakin xəstəxanada zəruri dərman preparatları olmayıb, təcili yardım maşınında da benzin qurtardığından başqa xəstəxanadan dərman gətirmək alınmayıb.

Xəstəxananın baş həkimi Marina Ziminanın dediyinə görə, iddialar yalandır: "Xəstəxanada peyvənd də var, maşında benzin də. Sadəcə, Mariya Zaxarova uşağını harada müalicə etdirəcəyinə qərar verməyib".

M.Zaxarova Sevastopolda mətbuat konfransına iki saat gecikib.

Az sonra o, Facebook profilində yazıb: "Mariannanı it dişləməsi ilə bağlı məlumatlar və zənglər gəlir. Uşaq macərasının belə vurnuxmaya səbəb olacağını bilməzdim. Olub, it dişləyib. İt sahibsiz deyil, peyvənd olunub. Qızıma zəruri tibbi yardım gböstərilib. Diqqətə və qayğıya görə hamıya təşəkkür edirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/541795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR