Bakıda İsrailinin milli günü qeyd olunub (FOTO)

Bakıda İsrailinin milli günü qeyd olunub (FOTO)
23:08 4 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Yelena Kosolapova - Trend:

Bakıda cümə axşamı İsrailin müstəqilliyinin elan edilməsinin 69-cu ildönümü qeyd olunub.

Trend-in məlumatına görə, İsrailin Bakıdakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın dövlət qurumları və idarələrinin nümayəndələri, ölkədə akkreditə edilmiş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, elm və incəsənət xadimləri və aparıcı media nümayəndələri iştirak ediblər.

Qonaqlar qarşısında çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav qeyd edib ki, İsrail müstəqillik illəri ərzində çox şeyə nail ola bilib və ölkə vətəndaşları bununla fəxr edə bilər. Stavın sözlərinə görə, İsrail regionun bütün ölkələri ilə əməkdaşlıqda maraqlıdır.

İsrail və Azərbaycan arasında əməkdaşlıq barədə danışaraq, səfir qeyd edib ki, iki ölkə və iki xalq arasında çox gözəl münasibətlər var. O xatırladıb ki, Azərbaycanda böyük yəhudi diasporu yaşayır və əsrlər boyudur ki, azərbaycanlılarla yan-yana yaşayan yəhudilər bütün sevinc və kədəri bölüşürlər. Stav İsraillə əməkdaşlığın möhkəmlənməsində Azərbaycanın multikulturalizmdə rolunu xüsusi qeyd edib və ölkələr arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyində əmin olduğunu bildirib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2750298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR