ATƏT-in Yerevan ofisi bağlanır

ATƏT-in Yerevan ofisi bağlanır
23:12 4 May 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaxın aylarda ATƏT-in Yerevan ofisinin bağlanması planlaşdırılır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu ATƏT-in Baş katibinin ofisindən bildiriblər.

ATƏT-in mərkəzi mənzil-qərargahından mənbəyə verilmiş cavabda deyilir:

"Almaniyanın sədrliyi dövründə 2016-cı ildə ATƏT-in Yerevan ofisinin bağlanması ilə bağlı dalana dirənmiş vəziyyətin həlli ilə səyləri izləyərək, Avstriyanın sədrliyi də bütün müvafiq tərəflərlə məsləhətləşmələrlə məşğuldur.

Bildiyiniz kimi, aprelin 21-22-də Avstriyanın keçmiş prezidenti Haynts Fişer Yerevanda və Bakıda olub, vəziyyətdən çıxış yollarını öyrənib. Bu səfərdən sonra daha bir güzəşt mətni ümid etməyə əsas verirdi ki, bütün açıq problemlər həll edilə bilər. Lakin çoxsaylı görüşlər və qeyri-rəsmi müşavirələr, iştirakçı ölkələrin səyləri heç bir nəticə vermədi.

Sədrlik hazırda Baş katibliyə müraciət edib ki, o yaranmış status-kvo ilə əlaqədar bütün təfərrüatları nəzərə alsın.

Cənubi Qafqazda təhlükəsizliyin bütün istiqamətləri üzrə dəstəyi və əməkdaşlığı davam etdirmək üçün ATƏT-in iştirakının bütün alternativ variantları öyrəniləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/541799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR