Yaddaşı möhkəmləndirən QOXU

Yaddaşı möhkəmləndirən QOXU
23:37 4 May 2017
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Aromaterapiya yaddaşı möhkəmləndirməyə kömək edir. Bunu Nortumbriya Universiteti (İngiltərə) alimləri aşkar ediblər.
Rosbalt xəbər verir ki, İngiltərə alimləri eksperimentlər zamanı belə nəticəyə gəliblər ki, bibəriyənin qoxusu yaddaşı yaxşılaşdırır. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bunu aşkar etmək üçün alimlər xüsusi yaddaş testləri aparıblar. Testlər əvvəl adi otaqda, daha sonra bibəriyə qoxusu olan otaqda aparılıb. Məlum olub ki, bibəriyənin qoxusu testlərin nəticələrinə təsir edib və nəticələr 7% artıb.
Alimlərin sözlərinə görə, bibəriyənin qoxusu həm böyüklərin, həm də uşaqların yaddaşına müsbət təsir edir. Alimlərin fikrinə görə, bunun səbəbi bibəriyənin beyində informasiyanın daşınmasına cavabdeh olan xüsusi birləşmələrə olan təsiridir.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/541734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR