Obamanın Mişeldən qabaqkı böyük eşqi - 2 dəfə evlilik təklifi - FOTO

Obamanın Mişeldən qabaqkı böyük eşqi - 2 dəfə evlilik təklifi - FOTO
23:37 4 May 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın sabiq prezidenti Barak Obama haqqında yeni məlumatlar əldə olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müəllifi Devid Qerrou olan "Ulduzların tərəqqisi:Barak Obama" adlı məqalədə siyasətçinin Mişel Obamaya qədər Şeyla Mişoşi Caqer adlı sevgilisinin olduğu yazılır.

Məlumata görə, Obama Şeylaya iki dəfə evlilik təklifi edib.

"Hazırda Oberlinski kollecin professoruyam. Barakla tanış olanda tələbə idim. 1986-ci ildə mənim valideynlərimlə tanış olanda, o, ilk dəfə mənə evlilik təklifi etdi. Amma dedim "Hələ tezdir". 1987-ci ildə onun 25 yaşı var idi. Dəqiq yadımdadır ki, Obama o vaxtdan prezident olmaq arzusunda olub. 1988-ci ildə isə Barak ikinci dəfə mənə evlilik təklifi etdi. O, Masaçussets ştatının Kembric əyalətinə gəlməyimi və onunla bir ömür yaşamağımı istədi. Mənsə Seula getməyi idim. Elə o vaxtdan ayrıldıq, daha onu görmədim", - deyə müsahibəsində Caqer bildirib.

Qeyd edək ki, B.Obama M.Obama ilə 1992-ci ildə tanış olub və ailə qurub. Onların bu nikahdan iki övladı var. O, 2009-2017-ci illərdə ABŞ-ın 44-cü prezidenti olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/541803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR