İranda tələbələr mitinq keçiriblər -

İranın paytaxtı Tehran şəhərində yerləşən Voleybol federasiyasının zalında Həsəni Ruhanini dəstəkləyən tələbələr mitinq keçiriblər.

Metbuat.az-ın məlumatına görə, zalı dolduran gənclər ölkədəki reformçu hərəkatın liderləri - Məhəmməd Hatəmi, ev dustağı olan Musəvi və Kərrubinin leyhinə ifadələr səsləndiriblər.

Geyim və aksessuarlarında "Yaşıl hərəkat"ın simvolu olan yaşıl rəngdən istifadə edən tələbələr "Biz ev həbsinin ləğv olunmasını, Musəvi və Kərrubinin azadlığa çıxmasını tələb edirik", "Hatəmi və Ruhaniyə salam", "Yaşasın Hatəmi, yaşasın reform" sloqanlarından istifadə ediblər.

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri mayın 19-da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR