Sonadək iradə göstrəmək mərifəti

Sonadək iradə göstrəmək mərifəti
23:42 4 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Üzləşdiyiniz hər bir məsələdə necə səy etməli olduğunuzu və hara qədər iradə etməli olduğunuzu bilirsinizmi?

Şaban ayının 3-ü, İmam Hüseynin (ə) doğum günündə İslam alimlərinin oxumağı tövsiyə etdiyi 2 duanı araşdırmaq kifayət edir ki, bunu öyrənək.
Oxuduğumuz 1-ci duadan məlum olur ki, biz Hüseynlə (ə) bir yerdə olmaq istəyirik.
Allahdan təkidlə istəyirik ki, bizi İmam Hüseynlə (ə) bir yerdə qərar versin, ona yaxın etsin.
2-ci duada biz nə üçün bunu istədiyimizi öyrənə bilirik.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu dua İmamın (ə) öz duasıdır. Onun dilindən çıxıb. Özü də Aşura günü. Bu, onun son duasıdır.
30 minlik düşmən ordusu ilə 72 nəfərlə üz-üzə dayandıqda oxuduğu duadır.
Dua İmamın (ə) Allahı gözəl adları ilə tərif etməsi, çağırmasl ilə başlayır. Sonra İmam (ə) niyə Onu çağırdığını bəyan edir.
Burada bir şeyə diqqət edək ki, İmam (ə) - bir ilahi rəhbərdir, bizə yolgöstərəndir. O, bu duaları özü üçün etmir. Bizim onlara diqqət edəcəyimizi bizdən gözləyir.
İmam (ə) bizim hər gün üzləşə biləcəyimiz bir mənzərəni, halı bizə ötürür.
Biz öhdəsindən heç cür gələ bilmədiyimiz məsələlərlə əhatə olunuruq və bəzən bizə elə gəlir ki, dünyadakı bütün qoşunlar üzərimizə yeriyir.
İmam (ə) bizə nümayiş etdirir ki, o, hətta 30 minə qarşı belə döyüşməyə iradə edir. Bu zaman o, hər zaman olduğu kimi, yenə də Allahladır.
Onun Allahı çağırması, tərif etməsi Allahı tanıdığını göstərir və bu tanıma adi tanıma deyil.
Qəlbən tanımadır ki, əməlidir. Yəni təkcə sözdə deyil, əməldə də öz əksini tapmışdır.
Duadakı sözlərə diqqət yetirəndə, bunu başa düşmək olur.
Allahı niyə çağırdığını bildirən Hüseyn ibn Əli (ə) buyurur ki, "Səni çağırmağım ehtiyacımdır, Səni istəməyim fəqirliyimdəndir, qorxum Səninlə bağlıdır. Yəni Səni itirməkdən, Sənə qarşı olub qəzəbinə düçar olmaqdan qorxuram, ona görə də Sənə üz tuturam, qəmim, kədərim, göz yaşım da Sənin üçündür, sənin razılığın üçündür və zəif olduğum üçün Səndən kömək istəyirəm".
İnsan bir şeyə həqiqi mənada sahib deyil, bu, onun fəqirliyidir. İnsanın insani uğuru təkamül qüvvələrini Allaha bağlamasına bağlıdır. Bu mənada insan Allahın köməyinə xüsusən ehtiyaclıdır.
Deməli, İmam (ə) insanın "dünyanın bütün qoşunları" ilə belə üz-üzə dura bilməsini, bunun üçün isə insanın Allahı qəlbən tanımalı olduğunu bildirir. Bu tanımadır ki, insanı şücaətli və qəhrəman edir, onu İmam Hüseyn (ə) kimi son nəfəsinə qədər döyüşə bilməyə güclü və quvvəli edir.
İmam (ə) Allahı çağırdıqdan və bu çağırmanın səbəbini bildirdikdən sonra, döyüşün aqibətini Allaha həvalə edir. O, deyir: "Allahım, bizim üçün bir çıxış yolu, qurtuluş hazırla, qərar ver".
Həzrət Hüseyn ibn Əli (ə) bizə həqiqi iradənin nə olduğunu öyrədir. O, bildirir ki, Allahı yaxşı, qəlbən tanıdıqdan sonra Ona üz tutmaq lazımdır. İşlərin uğuru üçün Ona sığınmaq lazımdır, yoxsa insan üzərinə düşən işləri etmədən hər şeyin yaxşı olacağına ümid bəsləməməlidir.
Həqiqətən, ixtiyar sahibi - Allahdır, amma insandan iradəsini düzgün, yerində tətbiq etmək istənilir.
Allahı yaxşı tanımadır ki, insanı uğurlu edir. Yalnız bu halda iradə öz yerində haqqı ilə işə düşür və insanı müvəffəq edir.
Beləliklə, İmam Hüseyn (ə) bizi Allahı tanımağa səy etməyə, bu tanıma ilə Ona təvəkkül etməyə və bu təvəkküllə isə sona qədər iradə etməyə çağırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR