Qaxa dolu yağdı – FOTO

Qaxa dolu yağdı – FOTO
23:57 4 May 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax rayonuna dolu yağıb, meyvə ağaclarına ziyan dəyib.

Milli.Az "Report"a istinadən bildirir ki,dolu əsasən rayonun İlisu kəndinə düşüb.

Təqribən bu gün axşam saat 17:00-dan etibarən yağmağa başlayan dolu yarım saat müddətində hər tərəfi ağ örpəyə bürüyüb. Noxud və fındıq iriliyində yağan dolu yeni çiçəkləyən meyvə ağaclarına ziyan vurub.

Qeyd edək ki, Qax şəhərindən 12 kilometr uzaqlıqda yerləşən İlisu kəndində bu gün səhərdən etibarən qeyri-sabit hava şəraiti müşahidə olunub və intensiv yağan yağış axşam saatlarında doluya çevrilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/541810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR