“Toppuş bacı”nın verilişdə ürəyi getdi –

Əməkdar artist Tünzalə Əliyeva "Space" telekanalında aparıcısı olduğu “Yerimdəyəm” verilişində gərgin anlar yaşayıb.

Aktrisanın proqramda qəfil halı pisləşib. Özünü yaxşı hiss etmədiyini deyən T.Əliyeva su istəyib. Bu zaman o, huşunu itirərək yerə yıxılıb.

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa eyni zamanda sözügedən kanalda "Gülüş qatarı" proqramına aparıcılıq edir. (Axsam.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR