Avropa Liqası: "Mançester Yunayted" səfərdə "Selta"ya qalib gəlib

Avropa Liqası: "Mançester Yunayted" səfərdə "Selta"ya qalib gəlib
01:02 5 May 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
"Report"un məlumatına görə, İspaniyada "Selta” İngiltərə "Mançester Yunayted”ini qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Mançester Yunayted" finala vəsiqəni böyük ölçüdə təmin edib.
Avropa Liqası
Yarımfinal, ilk oyun
4 may
23:05 "Selta” (İspaniya) – "Mançester Yunayted” (İngiltərə) - 0:1
Qol: Markus Reşford, 67
Baş hakim: Sergey Karasyov (Rusiya)
Viqo. "Baladios” stadionu
Qeyd edək ki, ilk yarımfinal görüşündə "Ayaks" Hollandiyada Fransa "Lion"unu yenib - 4:1. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avropa-liqasi-mancester-yunayted-seferde-selta-ya-qalib-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR