İordaniya və Suriya sərhədindəki qaçqın şəhərciyində partlayış olub, 4 nəfər ölüb

İordaniya və Suriya sərhədindəki qaçqın şəhərciyində partlayış olub, 4 nəfər ölüb
01:12 5 May 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ İordaniya və Suriya sərhədində yerləşən qaçqın şəhərciyi yaxınlığında baş verən partlayış nəticəsində azı 4 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə kütləvi informasiya vasitələri məlumat yayıb.
Partlayış zamanı 12 nəfərin yaralandığı ehtimal edilir.
Jurnalistlərin məlumatına görə, hadisə Ər-Rəqban düşərgəsi ərazisində qeydə alınıb. Bildirilir ki, insanların sıx olduğu bazarda avtomobilə qoyulan bomba partladılıb.
Hadisənin digər təfərrüatları məlum deyil.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-ordaniya-ve-suriya-serhedindeki-qacqin-seherciyinde-partlayis-olub-4-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR