İspaniyada zavodda partlayış:

İspaniyanın paytaxtı Madrid şəhəri yaxınlığında yerləşən kimyəvi tullantıların emalı zavodunda partlayış baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə nəticəsində 30 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır.

Qeyd edək ki, zavodun yaxınlığındakı məktəb və iaşə obyektlərindən insanlar təxliyə olunub.

Hazırda partlayış səbəbləri araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR