"Barselona" Türkiyədən üzr istədi

"Barselona", rəsmi televiziya kanalı "Barça TV"də Türkiyə xəritəsinin yanlış göstərilməsinə görə üzr istəyib.

Metbuat.az-ın məlumatına görə, katalan klubunun üzr mesajında qeyd olunub:

"Barça Tv"də yayımlanan bir proqramda edilən texnik xəta səbəbindən Türkiyə xəritəsi təhrif olunub. Bu səbəbdən Türkiyədən və azarkeşlərimizdən üzr istəyirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR