Avropa Liqası:

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin növbəti görüşü keçirilib.

Metbuat.az xəbər verir ki, "Selta" "Mançester Yunayted"i qəbul edib.

İlk hissədə hesab açılmayıb. İkinci hissədə isə səhnəyə Markus Rəşford çıxıb. Gənc futbolçunun 67-ci dəqiqədə cərimə zərbəsindən vurduğu qol oyunda yeganə olub.

Beləliklə, "Mançester Yunayted" İspaniya səfərində sərfəli nəticə qazanıb.

UEFA Avropa Liqası

Yarımfinal, ilk oyun

"Selta" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:1

Qol: Rəşford, 67

Komandalar arasındakı cavab oyunu mayın 12-də "Old Trafford"da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR