Pentaqon Şimali Koreyanı qlobal təhlükə adlandırdı

Pentaqon Şimali Koreyanı qlobal təhlükə adlandırdı
02:03 5 May 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Koreya Xalq Demokratik Respublikasını regional deyil, qlobal təhlükə adlandırıb.

Publika.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığının rəhbəri general Reymond Tomas deyib.

Onun sözlərinə görə, Pxenyanın davranışları "get-gedə daha da müəmmalı" olmağa başlayıb.

"KXDR əvvəllər regional təhlükə kəsb edirdi. İndi isə o, nüvə silahı və ballistik raketlər əldə etməyə cəhdləri səbəbindən qlobal təhlükəyə çevrilib", - deyə RİA "Novosti" Amerika generalının sözlərini sitat gətirib. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR