Suriyada dörd deeskalasiya zonası yaradılacaq

Suriyada dörd deeskalasiya zonası yaradılacaq
02:09 5 May 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın paytaxtı Astanada Suriyada dörd deeskalasiya zonalarının (münaqişə tərəfləri arasında atəşkəs rejiminin tətbiq olunduğu və aviasiya uçuşlarının dayandırıldığı rayonlar-red.) yaradılması barədə memorandum imzalanıb.

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, sənəd Suriyada münaqişə tərəflərinin və atəşkəs razılığının zəmanətçiləri olan ölkələrin nümayəndə heyətləri tərəfindən imzalanıb.  

 

Suriya müxalifəti və hökumətinin nümayəndələri sənədi imzaladıqdan sonra, saziş atəşkəs razılığının zəmanətçiləri olan Rusiya, İran, Türkiyə, ABŞ və BMT nümayəndələri tərəfindən də imzalanıb.   

 

Məlumata görə, razılaşma deeskalasiya zonalarının İdlib əyalətində, Homs şəhərindən şimalda, Şərqi Quta və Suriyanın cənubunda yaradılmasını nəzərdə tutub. Sazişə əsasən, qeyd olunan zonalarda hava məkanı Suriya Hərbi-Hava Qüvvələri üçün qapalı, Rusiya Hərbi-Kosmik Qüvvələri üçün isə açıq olacaq.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273873

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR