Aparıcı şou-biznes əhlini bir araya yığdı - FOTOLAR

Aparıcı şou-biznes əhlini bir araya yığdı - FOTOLAR
02:14 5 May 2017
111 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı aparıcı Könül Yusifqızı paytaxt restoranlarının birində qızı Səhərə doğum günü məclisi qurub. Lent.az-ın məlumatına görə, bir çox şou-biznes nümayəndələrinin  qatıldığı gecədə bir çox maraqlı məqamlar yaşanıb. İlk öncə aparıcı qızının xeyir işi barədə danışıb: “Qızımın ad günündə çox həyəcanlıyam. Bir çox dostlarımı bugünkü məclisə dəvət etmişəm. Gələnlərin canı sağ olsun, gəlməyənlər də nəmərlərini göndəriblər. Borclu-borclunun sağlığını istər. İndi prodüserim Rəqsanə ilə böyük bir layihə ərəfəsindəyəm. Mayın axırı-iyunun əvvəli efirə gəlirik. Hansı kanalda veriliş aparacağımı isə açıqlamıram.  Mən elə də böyük məclisləri sevmirəm. Bu mənim ilk böyük məclisimdir. Belə düşündük ki, bu ad günü ilə də bütün işlərimizə, layihələrimizə start verək”.

 

Aparıcı sözlərini bitirdikdən söz verilib musiqiyə. Tanınmış müğənnilərin ifaları bir-birini əvəz edib. K.Yusifqızının şıdırğı rəqsi isə gecəyə xüsusi maraq qatıb.

 

 

Qeyd edək ki, ad gününə xalq artisti, aktrisa Həmidə Ömərova, Rada Nəsibova, əməkdar artist Cavanşir Məmmədov, müğənni Rüfət Aslanov, Rövşən Civişov, Sevinc Musayeva, Aşıq Namiq, aparıcı Afaq Gəncəli, Lətafət Ələkbərova stilist Nigar İbrahimova və digər tanınmışlar gəlmişdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273874

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR