Qoyun və avtomobil oğruları saxlanıldı - FOTO/VİDEO

Qoyun və avtomobil oğruları saxlanıldı - FOTO/VİDEO
02:48 5 May 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Şabran rayonunda iki oğurluq faktının üstü açılıb.
Publika.az xəbər verir ki, Şabran rayon sakini Camal Həsənova məxsus təsərrüfatdan qoyun oğurlayan şəxs saxlanılıb.
37 yaşlı Şabran sakini Fizuli Ocaqov Camal Həsənova məxsus iki baş qoyunu oğurlayaraq satıb. Üçüncü dəfə də eyni yerdən qoyun oğurlayan şəxsi Şabran Polisi yaxalayıb. Saxlanılan şəxs birinci oğurladığı qoyunu 250 manata, ikincini 200 manata satdığını etiraf edib. O, əvvələr də məhkumluq həyatı yaşayıb.
Digər əməliyyat axtarış tədbirləri nəticəsində rayon sakini Hacıağa Qurbanova məxsus “VAZ 2106” markalı avtomobili oğurlamaqda təqsirli bilinən şəxslər tutulub. Zərərçəkən aprelin 28-dən 29-na keçən gecə evinin qarşısında saxladığı avtomobilinin oğurlanması haqqında polis şöbəsinə müraciət edib. Keçirilən əməliyyat axtarş tədbirləri nəticəsində hadisəni törədən rayon sakinləri 21 yaşlı Elməddin Rzayev və 26 yaşlı Səxavət Abdullayev saxlanılıb. Elməddin Rzayev hadisəni sərxoş vəziyyətdə törətdiyini bildirib.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/197608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR