Bakıda qadın sürücü zəncirvari yol qəzasına səbəb olub

Bakıda qadın sürücü zəncirvari yol qəzasına səbəb olub
03:12 5 May 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisəyə "Mercedes" markalı avtomobilin sükanı arxasında olan Elnarə Məmmədovanın ara məsafəyə riayət etməməsi səbəb olub.
Belə ki, Azadlıq prospektində hərəkətdə olan "QAZ-3110" markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında qəfil əyləci basıb. Onun arxasınca gələn, Yusifov Rövşən adlı sürücünün idarə etdiyi "Daewoo" markalı "taxi" də zamanında əyləcdən istifadə edə bilib. Ancaq sonda gələn E.Məmmədova idarəetməni itirərək "Mercedes"lə qarşıdakı iki avtomobilə çırpılıb.
Qəza nəticəsində hər üç maşına ciddi ziyan dəyib.
Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.












Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-qadin-surucu-zencirvari-yol-qezasina-sebeb-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR