Fransanın Nitsa şəhəri sahilində dənizdən 250 kiloqramlıq bomba tapılıb

Fransanın Nitsa şəhəri sahilində dənizdən 250 kiloqramlıq bomba tapılıb
04:02 5 May 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Fransanın Nitsa şəhəri sahilindən 50 metr aralıda çəkisi 250 kiloqram olan bomba tapılıb.
"Report" xəbər verir ki, bu barədə "Nice Matin" nəşri yazıb.
Onu arxeoloji tədqiqat aparan və təsadüfən döyüş sursatına rast gələn dalğıc aşkar edib. Bomba dənizin 12 metr dərinliyində olub.
Onun mənşəyi müəyyən edilməyib. Bombanın II Dünya müharibəsi illərinə aid olduğu ehtimal edilir.
Yaxınlıqdakı çimərliyin əhalisi təxliyə edilib. Gəmilərin həmin ərazidə üzməsinə qadağa qoyulub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransanin-nitsa-seheri-sahilinde-denizden-250-kiloqramliq-bomba-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR