ABŞ Ukraynaya 560 milyon dollar ayıracaq

ABŞ Ukraynaya 560 milyon dollar ayıracaq
04:47 5 May 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ ABŞ-ın büdcə təxsisatları haqqında qanununda 2017-ci il üçün Ukraynaya ən azı 560 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, Birləşmiş Ştatlar Ukraynaya hərbi yardıma ən azı 238 milyon dollar sərf edəcək.
Amerika senatorlarının əksəriyyəti 2017-ci maliyyə ili üçün 1 trilyondan çox həcmdə dövlət büdcəsi layihəsini qəbul ediblər. Büdcənin qəbul edilməsi üzrə səsvermə mayın 4-də keçirilib. Qanun layihəsini 79 senator dəstəkləyib, 18 senator bunun əleyhinə çıxıb. Nümayəndələr Palatası büdcəni ötən gün təsdiq edib, ona görə sənədin yekun olaraq qüvvəyə minməsi üçün prezident Donald Trampın onu imzalaması lazımdır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-ukraynaya-560-milyon-dollar-ayiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR