Səudiyyə Ərəbistanı Suriyada "təhlükəsizlik zonalarının" yaradılmasını dəstəkləyib

Səudiyyə Ərəbistanı Suriyada "təhlükəsizlik zonalarının" yaradılmasını dəstəkləyib
06:08 5 May 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ər-Riyad Suriyada "təhlükəsizlik zonalarının" yaradılması ideyasını dəstəkləyir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanı XİN rəhbəri Adel əl-Cubeyr deyib.

Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı Astana görüşündə qəbul olunmuş plan barədə gələcək detalları gözləyir.

Qeyd edık ki, cümə axşamı Suriya münaqişəsinin nizamlanması üzrə danışıqların iştirakçıları Astanada Suriyada dörd təhlükəsizlik zonaları haqqında memorandum qəbul ediblər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2750316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR