Fransalı futbolçu Avropa klublarının hədəfində

Fransalı futbolçu Avropa klublarının hədəfində
07:22 5 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

"Nice" klubunun yarımmüdafiəçisi Jan-Mişel Seri bir sıra klubların maraq dairəsinə düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 25 yaşlı havbekin xidmətlərində PSG, "Arsenal" və "Tottenhem" maraqlıdır. Serinin agenti İngiltərə klubları ilə artıq danışıqlar aparıb. PSG-nin baş məşqçisi Unay Emeri Serini Marko Verrattinin əvəzedicisi kimi görür. İtaliyalı futbolçunun "Barselona"ya getmək istədiyi deyilir. Serinin buraxılış qiyməti 40 milyon avro göstərilir. Amma onun 24 milyon avroya satılması mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR