Aparat rəhbəri: Forumlar Azərbaycanı sivilizasiyalar arası münasibətlərin tənzimlənməsi mərkəzinə çevirib

Aparat rəhbəri: Forumlar Azərbaycanı sivilizasiyalar arası münasibətlərin tənzimlənməsi mərkəzinə çevirib
07:43 5 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Prezidentinin təşəbbüsü ilə əsası qoyulmuş “Bakı prosesi” çərçivəsində yüksək səviyyədə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, habelə Bakı Beynəlxalq Humanitar Forumları, Dünya Dini Liderlərinin Sammiti, Avropa Oyunları və artıq bu günlərdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları Azərbaycanı multikulturalizm, sivilizasiyalar arası münasibətlərin tənzimlənməsi mərkəzinə çevirib.

Bunu Trend-ə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

A.Səfixanlı deyib ki, iqtisadi, sosial və mədəni hüquqların təmini dövlətlər üzərində pozitiv öhdəliklər müəyyən etməklə, bu hüquqların təmini istiqamətində dövlərlər tərəfindən əməli addımların atılmasını ehtiva edir.

Aparat rəhbəri deyib ki, Azərbaycan dövləti insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən, öz vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini özünün ali məqsədi olaraq müəyyən edib və bu istiqamətdə əməli tədbirlər həyata keçirməkdədir.

A.Səfixanlı əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib:

“Xalqımızın çoxəsrlik tolerant və mehriban birgə yaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında, o cümlədən mədəni hüquqların daha səmərəli təmin olunmasında nümunə kimi göstərilir. Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər mədəni müxtəlifliyə dəstəyin bariz nümunəsi olmaqla, dünya dövlətlərinin bu müsbət təcrübədən yararlanmasına imkan yaradır. Azərbaycan artıq regional səviyyədə deyil, qlobal miqyasda təşəbbüslərlə çıxış edərək dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində, tolerant mühitin formalaşdırılmasında tətbiq olunacaq siyasəti formalaşdırmaqdadır”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2749939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR