"Brent" neftinin bir bareli 47 dollardan aşağı düşüb

"Brent" neftinin bir bareli 47 dollardan aşağı düşüb
08:02 5 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ "Brent" markalı Şimal dəniz neft qatışığının iyul fyuçerslərinin qiyməti 2,8 faiz aşağı düşərək bir barel üçün 46,63 dollar təşkil edib.
"Report" xəbər verir ki, bu barədə Londonun "ICE" birjasında keçirilən hərracların nəticələri deməyə əsas verir.
Bu neft markasının bir bareli sonuncu dəfə 29 noyabr 2016-cı il tarixində 47 dollardan aşağı satılıb.
Hərraclarda WTI markalı yüngül neft 2 faiz ucuzlaşaraq bir barelə görə 44,55 dollara bərabər olub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/brent-neftinin-bir-bareli-47-dollardan-asagi-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR