Sahib Ələkbərov: "Qələbəmiz dünyanın diqqətini Azərbaycana cəlb edir"

Sahib Ələkbərov: "Qələbəmiz dünyanın diqqətini Azərbaycana cəlb edir"
08:22 5 May 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

"Tour d'Azerbaidjan-2017"nin 2-ci mərhələsi də dünənki mərhələ kimi uğurla başa çatdı. Dağlıq ərazilərin çox olduğu 186,5 km məsafəni idmançılarımızın hamısı heç bir problemlə üzləşmədən başa vurdular. Güclü olan velosipedçilər isə qalib gəldilər". Milli.Az bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Tour d'Azerbaidjan-2017" beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov 2-ci mərhələnin yekunlarını şərh edərkən deyib.

O, "Synergy Baku" komandasının üzvü Kiril Pozdnyakovun"Tour d'Azerbaidjan-2017"nin 2-ci mərhələsinin qalibi olmasının sevindirici hal olduğunu vurğulayıb: "Çox yaxşı haldır ki, idmançımız Kiril Pozdnyakov ikinci mərhələnin qalibi oldu. Velosipedçimiz həm lider köynəyini aldı, həm də digər mükafatlara layiq görüldü. Düşünürəm ki, bu hələ başlanğıcdır, gələcəkdə belə mükafatlar çox olacaq. Yarışın yüksək səviyyədə keçməsi üçün əmək sərf edən bütün insanlara təşəkkürümü bildirirəm".

S.Ələkbərov Azərbaycan velosipedçilərinin bu yarışa xüsusi hazırlaşdıqlarını bilidirib: "Komandamızın üzvlərinin əksəriyyəti gənclərdən ibarətdir. Onlar özlərini göstərmək üçün əllərindən gələni edirlər. IV İslam Həmrəyliyi Oyunları ərəfəsində belə bir nəticəyə nail olmağımız bizim üçün xüsusi məna kəsb edir. Qələbəmiz bütün dünya idman ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR