Bakıda yolu keçmək istəyən piyadanı motosiklet vurub

Bakıda yolu keçmək istəyən piyadanı motosiklet vurub
08:32 5 May 2017
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un xəbərinə görə, Əhməd Rəcəb küçəsində yolu keçmək istəyən 1955-ci il təvəllüdlü, Bayramov İlham Bayram oğlunu motosiklet vurub.
Nəticədə ağır xəsarət alan İ.Bayramov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-yolu-kecmek-isteyen-piyadani-motosiklet-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR