Şəmkirdə bıçaqlanma olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1988-ci il təvəllüdlü Qasımov Əli Yusib oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir. Ə. Qasımovun hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.
Milli.Az