“Xudat Tikinti-16” ASC səhmlərini dövriyyədən çıxarır

“Xudat Tikinti-16” ASC səhmlərini dövriyyədən çıxarır
09:07 5 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrilmiş “Xudat Tikinti-16” ASC səhmlərini dövriyyədən çıxarır.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilir.
Məlumatda deyilir ki, müəssisənin 19 800 manatlıq nizamnamə kapitalını təşkil edən, hər birinin nominal dəyəri 2 manat olan 9 900 ədəd sənədsiz, adi, adlı səhm dövriyyədən çıxarılır. Həmin qiymətli kağızlar müvafiq olaraq paylara çevriləcək.
Xatırladaq ki, “Xudat Tikinti-16” 2005-ci ildə yaradılıb, Xaçmaz rayonu, Xudat şəhəri, Axundov küçəsi, 1 ünvanında fəaliyyət göstərir.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/xudat-tikinti-16-asc-sehmlerini-dovriyyeden-cixarir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR