Maşın ağaca çırpıldı: ölən və yaralı var

Maşın ağaca çırpıldı: ölən və yaralı var
09:12 5 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax rayonunun Alatəmir kəndində 1 nəfərin ölümü, daha 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Qaxdan Qorağan kəndi istiqamətində hərəkət edən və 1992-ci il təvəllüdlü, Elçin Paşa oğlu Əliyevin sükanı arxasında olduğu "08-BF-989" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə maşında olan və bu gün ad gününü qeyd edən sərnişin, Qorağan kənd sakini, 1988-ci il təvəllüdlü, Ruslan Rəşid oğlu Qaffarov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Sürücü isə müxtəlif bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR