Neft ucuzlaşır

Neft ucuzlaşır
09:27 5 May 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında neft ucuzlaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,41 dollar və ya 3,10% azalaraq 44,11 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,36 dollar və ya 2,81% azalaraq 47,02 dollar olub.
 
Neftin ucuzlaşmasına dünya bazarında təklifin tələbi üstələməsi səbəb olub. ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, ölkədə neft ehtiyatları 0,2% və ya 527,8 mln. barel azalıb. Analitiklər isə ehtiyatların 0,44% və ya 2,333 mln. barel azalacağın gözləyirdi. Bununla belə, ABŞ-da həftə ərzində neft hasilatı 0,3% və ya gündəlik 28 min barel artaraq gündəlik 9,293 mln. barel təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/541838.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR