Novruz Məmmədov: AŞPA-nın Türkiyəyə qarşı münasibətini tamamilə ədalətsiz hesab edirik

Novruz Məmmədov: AŞPA-nın Türkiyəyə qarşı münasibətini tamamilə ədalətsiz hesab edirik
09:36 5 May 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyəyə qarşı göstərdiyi bu münasibəti əlbəttə ki, tamamilə ədalətsiz hesab edirik.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin sədri Novruz Məmmədov jurnalistlərə deyib.

PA rəsmisi qeyd edib ki, bununla bağlı mövqeyimizi bildirmişik və bu proseslərin nəticələrinin hara aparacağını Avropada görəcəklər:

"Son 25 il ərzində SSRİ və Varşava müqaviləsi dağılandan sonra dünyanın yeganə aparıcı qüvvəsi olan Qərb ümumiyyətlə, çox böyük səhvlər etdi və bu səhvlər indi də davam edir. Bunun dünyada nə qədər gərginliyə gətirib çıxardığını görürük. Bu proseslərin heç kimə xeyiri, faydası yoxdur".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2750348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR